ABŞın koronavirusa qarşı hazırladığı peyvənd immun sistemin cavabını formalaşdırdı


Dünya 15 İyl 2020 18:47:00 163 0

ABŞın koronavirusa qarşı hazırladığı peyvənd immun sistemin cavabını formalaşdırdı

ABŞ-ın biotexnologiya bazarının liderlərindən biri olan "Moderna Inc" şirkətinin səhmləri koronavirusa qarşı hazırlanan dərman preparatının test edildiyi 45 pasiyentin hamısında güclü immun reaksiyası formalaşdığının açıqlanmasından sonra 16 faiz bahalaşıb.

Son.az oxu.az-a istinadən xəbər ki, testlərdə iştirak edənlərin hamısında virusa qarşı immunitet yaranması üçün vacib olan neytrallaşdırıcı anticisimlər yaranıb.

Alimlər həmçinin peyvəndin yüksək dozada vurulduğu şəxslərdə koronavirusa yoluxub sağalanlardan daha çox anticisim formalaşdığını açıqlayıblar.