Bu rayonlara leysan xarakterli yağış yağıb


Digərləri 15 İyl 2020 17:37:00 197 0

Bu rayonlara leysan xarakterli yağış yağıb

Milli Hidrometeorologiya Xidmətinin iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən, Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Xidmətdən Son.az-a bildirilib ki, düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb. Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.