Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat etdi
Şou-biznes 15 İyl 2020 17:11:00 221 0
Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin həyat yoldaşı Lamiyə Mirzəzadə dünyasını dəyişib.
Son.az axşam.az-a istinadən bildirir ki, L.Mirzəzadə ötən gün 82 yaşında ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, mərhum 21 yanvar 1933-cü ildə Bakı şəhərində anadan olub. L.Mirzəzadə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadənin anasıdır.
Xatırladaq ki, Xəyyam Mirzəzadə 2018-ci il iyulun 30-da 82 yaşında vəfat edib.
Mənbə: milli.az