Ermənistan vətəndaşı Naxçıvana keçib VİDEO


Digərləri 15 İyl 2020 17:07:00 203 0

Ermənistan vətəndaşı Naxçıvana keçib  VİDEO

30 yaşlı Ermənistan vətəndaşı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hərbiçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.