Azərbaycan Ordusunun həmlələri düşmən ordusunda çaxnaşma yaradıb


Digərləri 15 İyl 2020 16:55:00 196 0

Azərbaycan Ordusunun həmlələri düşmən ordusunda çaxnaşma yaradıb

Azərbaycan Ordusunun Erməni Silahlı Qüvvələrinə layiqli cavabı düşmən ordusunda çaxnaşma yaradıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, artıq erməni ordusunda hərbçilər postları tərk etməyə başlayıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə erməni əsgərlərinin səngərlərdən qaçdığı müşahidə edilir. Düşmən tərəf artıq məcburiyyət qarşısında qalıb geri çəkilir. Ermənistan rəhbərliyi əsgərlərin fərariliyinə mane olmaq üçün əraziyə polis qüvvələri cəlb edib. Polis səngərləri atıb qaçan əsgərləri geri qaytarmaq üçün onlara yalvarsa da, hərbçilər təkidlə postlardan imtina edir, ölmək istəmədiklərini bildirirlər.

Azərbaycan Ordusunun güclü cavab atəşi düşmən ölkənin hərbçilərini qorxuya salıb. Yayılan videogörüntülərdə erməni əsgərlərinin geri qaçdığı və buna görə polislərlə qarşıdurma yarandığı aydın görünür.