Casus proqramlarının populyarlığı artıb


Digərləri 14 İyl 2020 22:15:00 163 0

Casus proqramlarının populyarlığı artıb

Dünyadakı insanları izləmək üçün casus proqramlarının istifadəsi 2020-ci ilin mart-iyun ayları arasında iki dəfədən çox artıb.

Bu barədə Avast-ın press-relizində deyilir.

Məlumata görə, bu artım ümumi adı Stalkerware altında olan proqramlara aiddir. Bu proqramlar insanların yerini izləməyə, şəxsi şəkillərinə daxil olmağa, telefon danışıqlarına qulaq asmağa, habelə anında göndərilən e-poçt və mesajları kəsməyə imkan verir.

Mütəxəssislərin fikrincə, bu cür tətbiqlərdən uşaqların təhlükəsizliyindən narahat olan valideynlər, qısqanc həyat yoldaşları, keçmiş tərəfdaşlar daha çox istifadə edir.