Mədənin üçdə biri yemək üçündür, üçdə biri su üçündür və üçdə biri də nəfəs almaq üçündür


Digərləri 14 İyl 2020 20:20:00 168 0

Mədənin üçdə biri yemək üçündür, üçdə biri su üçündür və üçdə biri də nəfəs almaq üçündür

Məsumlar (ə) bizə yeməyin ədəbi və qaydaları haqqında çoxlu tövsiyələr vermişdilər. O cümlədən yeməyi acan zaman yemək və yeməyə başlayan zaman "Bismillah "kəlməsini demək, yeməyə duzla başlamaq kimi.

Yeməkdən əvvəl əllərin yuylması ömrü uzadar və ruzini artırar, həmçinin yeməkdən əvvəl əlləri yuyan zaman qurulamamaq yeməyin bərəkətli olmasına səbəb olar. Yeməkdən əvvəl bir qədər duzun yeyilməsi 70 xəstəliyi uzaqlaşdırar. İslam dini qonaq dəvət etməyi və onu xoş qarşılamağı həmişə bəyənilən əməl kimi tanıtmışdır. Hər nə qədər yemək süfrəsində insan çox olarsa, daha bərəkətli olar.

Yaxşı olar ki, gün ərzində ən azı iki dəfə yemək yeyəsiniz. Məsumlar (ə) buyurur ki, şam yeməyini heç bir zaman tərk etməyin. Xüsusilə də yaşlı və yetkin yaşda olanlar gərək şam yeməyini tərk etməsinlər. Çünki bədənin fəsadına səbəb olar. Məsumlar (ə) tövsiyə edir ki, cümə günlərində ailəniz üçün ət və meyvə alın ki, onlar sevinsin.

Həmçinin tövsiyə olunur ki, acqarına 21 dənə kişmiş yeyəsiniz, çünki bu zaman xəstəliklər bədəninizdən çıxar. Kişmiş hafizəni də gücləndirər. Yaxşı olar ki, yemək süfrəsində göyərti olsun və yeməyi göyərti ilə yeyəsiniz.

Yaxşı olar ki, yeməyi sağ əlinizlə yeyəsiniz. Üç və ya çox barmaqla yemək yeyin, iki barmaqla deyil.

Məsumlar (ə) buyurur ki, mədənin üçdə biri yemək üçündür, üçdə biri su üçündür və üçdə biri də nəfəs almaq üçündür. Tox qarınla yemək bəyənilmir.

O kəslər ki, pəhriz saxlayır, bəzən şam yeməyindən imtina edirlər. Lakin hədislərimiz buyurur ki, hər bir insan şam yeməyini yeməlidir. İmam Sadiq (ə) buyurur: "Şam yeməmək nəticəsində bədənin damarları ölər ki, bir daha dirilməz".