28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazını şüşə ilə kəsdi


Digərləri 14 İyl 2020 13:42:00 179 0

28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazını şüşə ilə kəsdi

Zaqatalada 28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazına xəsarət yetirib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhərinin ərazisində qeydə alınıb.

Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü H.Həmzəyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Q.B.-nın boğaz nahiyəsinə şüşə parçası ilə iki yerdən xəsarət yetirib.

Q.B. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.