Ermənilər Tovuzun kəndlərini atəşə tutdu, kənd sakini həlak oldu


Digərləri 14 İyl 2020 12:56:00 176 0

Ermənilər Tovuzun kəndlərini atəşə tutdu, kənd sakini həlak oldu

Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

Son.az bildirir ki, erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Erməni hərbçiləri Azərbaycan kəndlərini atəşə tutmaqda davam edir.