"Hər 3 saniyədə bir insan öləcək"


Digərləri 14 İyl 2020 12:25:00 180 0

"Hər 3 saniyədə bir insan öləcək"

"COVİD xəstəsi deyir ki, gözləyin marketdəyəm qayıdıram"

İmmunitet bütün xəstəliklərdə çox vacib rol oynayır. Amma insanların özünün özünə "Mənim immun sistemim zəifdir" deməsi bu, bir az yanlış yanaşma olur.

Bunu Mili.Az-a müsahibəsində Sumqayıt Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib:

İmmun sisteminin zəifliyi daha çox kimlərdə müşahidə edilir?

- İmmun sistemi zəif olan bir qrup insanlar var. Onlar spid xəstələri, orqan nəqli olunmuş insanlar və yaxud immun sistemini zəiflədən dərman qəbul edən insanlar var. Bunlar ayrı qrupdur və bunların orqanizmi hədsiz zəif immun sisteminə sahib olduğuna görə onların yoluxmaları ölümcül ağırlaşmalara səbəb ola bilər. Təbii ki, evdə qalmaq immunitetə birmənalı zərərdir. İmmunitet üçün bizim günəş şüalarına, açıq havaya, sağlam qidaya ehtiyacımız var. Amma hal-hazırkı dönəmdə, çox təəssüf olsun ki, əhali bir az məsuliyətli yanaşmadı. Mən bizim əhalini heç bir şeydə qınaya bilmərəm. Amma bütün dünyada var olan bir vurusa inanmamaqdan söhbət gedir. Olsun bioloji silah, olsun kimsə istehsal edib, kimsə qəsdən edib və s. Bunlara beynimizi sərf edib yormaq yerinə çox sadə qaydalarla özümüzü və ətrafdakıları qorumağa çalışsaq, heç bu qədər psixi gərginlik də yaşamarıq.

Temperaturu yüksək olan şəxsin koronavirus olmadığını necə müəyyənləşdirmək olar?

- Pandemiya dövründə bütün temperaturlu hallardan şübhələnmək olar. Amma başqa temperaturlu xəstəliklər də var. Bunlar hələ də inkar olunmayıb. Yəni, xəstələrin axşam brüselyozdan da qızdırması ola bilər, digər infeksion xəstəliklərdən də, adi sidikyolu infeksiyasından da ola bilər. Məsləhətdir ki, 3 gündən artıq davam edən qızdırması olan insanlar həkim çağırsınlar, onlardan test alınsın. 37-nin üzəri olan temperatur normal temperatur deyil. Amma artıq 37.5-in üzərindədirsə, artıq bu bir siqnaldır.

Statistikaya görə yoluxub ölənlərin çoxu kişilərdir? Səbəb nə ola bilər?

- Koronavirusa yoluxanlar arasında da, dünyasını dəyişənlər arasında da kişilər çoxluq təşkil edir.

Kişilərimiz bir az daha qorxaqdırlar

Kişilərimiz cəmiyyət olaraq bir az daha qorxaqdırlar, nəyinki qadınlarımız. Mən xəstələrin arasında da görürəm, tənginəfəsliyi olan kişilər daha çox qorxur, daha həyəcanlıdır və qorxu, həyəcan, gərginlik bizim immun sistemimizi aşağı salan faktorlardandır. Cəmiyyət olaraq bizim kişilərimiz daha çox qayğıya ehtiyacı olan, daha çox xidmət istəyən kütlədir. Böyük qismi elədir. Xəstəxanada da görürük ki, onlar istəyir ki, hamı onlarla özəl maraqlansın və bir də bizim kişilərdə statistikanın belə alınmasında alkoqolun da təsiri ola bilər. Cəmiyyət olaraq bilirsiniz, bizdə siqaret çəkən qadınlar yox kimidir, alkoqol istifadə edən qadın çox azdır. Bunlar da immun sistemini zəiflədən faktorlardır. Ona görə kişilərdə ölüm halı daha çox ola bilər.

Sahə həkimləri COVİD xəstələrinin müalicəsinin öhdəsindən gələ biləcək?

- Əvvəl dövlətin ki buna imkanı var idi, bütün COVİD pozitiv xəstələr xəstəxanalara yerləşdirildi və xəstə də haqlı olaraq şikayət edirdi. Çox eşitmişəm testi pozitiv çıxan xəstələrdən ki, "Məni burada niyə saxlamısınız? Mənə vitamindən başqa burada heç nə olunmur". Biz izah edə bilmirdik ki, sizi, sadəcə, izolyasiya məqsədi ilə burada saxlayıblar. Yəni, digər insanlarla təmasınızı azaltmaq üçün. Onlar da deyirdi ki, "Yəni mən bu qədərmi məsuliyətsizəm?! Mən, onsuz da, gedib evimdə bu izolyasiyaya əməl edə bilərəm". Amma görünən mənzərə başqa oldu. Bir gün gəldi və bu yüngül xəstələrin evdə izolyasiyasına qərar verildi.

COVİD xəstəsi deyir ki, gözləyin marketdəyəm qayıdıram

Sahə həkimlərindən hətta bunu eşidirik, deyir ""Zəng edirik, gəlirik sizdən yaxma almağa". Xəstə deyir ki, "Gözləyin marketdəyəm qayıdıram". Halbuki, bu, COVİD xəstəsidir. Beləcə, məsuliyyətsiz yanaşmalar artmağa başladı. Həmin insanlardır deyir ki, "Mən evdə də özümü izolyasiya edə bilərəm. Məni niyə xəstəxanaya yerləşdirirsiniz". İndi yüngül xəstələri yerləşdirmək üçün yerimiz yoxdur, izolyasiya edə bilmirik. Bir az məsuliyyət pasiyentin öz üzərində qalır. Hamı bilir ki, bu, çox çətindir, yaydır, istidir, evdə oturmaq asan deyil. Amma bu, çətin bir dönəmdir keçirik, bütün dünya bundan keçir və biz burada öz sağlığımızı riskə atmış oluruq. Bir az daha diqqətli yanaşsaq, daha tez bu işin altından qalxa bilərik.

Nəfəs darlığı yalnız COVİD 19-un əlamətidir?

- Qızdırma və öskürək olmadan tək nəfəs çatışmazlığı COVİD 19-un əlaməti ola bilməz. Xəstələrin çoxunda psixoloji br şey var - nəfəs çatışmazlığı. Bir kərə onu anlasınlar ki, ilk günlərdən yaranan bir şey deyil bu. Xəstəndə həmən ilk gündən nəfəs çatışmazlığı yaranmır, buna zaman lazımdır və adətən bu xəstələrin qızdırmaları da olur, öskürək az ola bilər, zəif ola bilər, amma nəfəs çatışmazlığı heç bir simptomsuz olmaz. Yanaşı mütləq bir şey olmalıdır. Ona görə də xəstələr psixoloji olaraq özümü izləyim ki, mənim tənəffüs çatışmazlığım var, mən, deyəsən, boğuluram. Bu panikadır, bundan uzaq olmaq lazımdır, özünüzü sakitləşdirin sadəcə. Çünki bu, bir günün içində yaranan bir şey deyil.

Tibb işçiləri arasında son dönəmlər koronadan ölüm halları niyə artıb?

- Biz ən çox tibb bacılarında görürük ki, "Mən damarı tapa bilmirəm, gözlüyümü çıxartdım.

Bu dönəmdə kondisioner istifadə etmək qətiyyən olmaz

Çox istidir. Biliriniz ki, bu dönəmdə kondisioner istifadə etmək qətiyyən olmaz. Yalnız hava axınını təmin etmək üçün pəncərələr açılır və bu geyimdə də işləmək çətin olduğuna görə bəzən gözdən qaçan xırda məqamlar olur. Amma böyük qisim bu xəstələrlə yenə də sıx təmasdadır. Biri var bir COVİD-li xəstə ilə sizin kontaktınız, biri də var ki, orada virus yükü həddən artıq çoxdur və burada risk daha çoxdur.

Havalandırma necə olmalıdır?

- Kondisioner bu müddətdə olmaz. Əsas da ofislərdə, müəssisələrdə, iş yerlərində, xəstəxanalarda, hər hansı bağlı qapalı digər məkanlarda kondisionerə tərəfimizdən qəti izn verilmir. Nəyə görə? - Havalandırması yoxdur. Eyni hava dövran edir. Yalnız pəncərə açıq və hava dövran etməlidir ki, virus yükü azalsın. Mütləq pəncərə açıq olmalıdır. Xəstələrə də xəstəxanada pəncərəni açıq, qapını bağlı saxlatdırırıq. 

Marketlərdə qızdırma ölçən aparatla müştərilərin temperaturunu ölçmək fikrinizə koronavirusla mübarizədə effektlidirmi?

- Məntiqsiz bir şeydir. Ona görə ki, xəstə istəyərsə, "Parasetamol"unu içib marketə girə bilər, qızdırması düşəcək və yaxud da COVİD-li xəstələrin hamısının qızdırması olmur. Əl gigiyenasına diqqət etmək, məncə, daha effektiv ola bilərdi. Qızdırma ölçən aparat COVİD-li xəstəni müəyyən edə bilsəydi, qızdırma ölçənlə COVİD-19 təsbit olunardı. Xəstəxanaya da bir dənə qızdırma ölçən qoyardılar, sən COVİD-sən, COVİD deyilsən deyərdilər. O, məntiqli bir vasitə deyil.

Mütəxəssislər koronavirusdan ölənlərin sayının bir müddət sonra artmaq ehtimalının yüksək olduğunu bildirirlər. Səbəb?