Aliment borcunu ödəməyən 943 nəfər həbs edilib


Digərləri 14 İyl 2020 11:08:00 194 0

Aliment borcunu ödəməyən 943 nəfər həbs edilib

2020-ci ilin birinci yarımilində aliment borcunu ödəməyən 1215 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Son.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, onlardan 943-ü həbs edilib. Hazırda aliment borcunu ödəməkdən yayınan 2359 nəfər axtarışdadır. 

Əlavə olaraq inzibati tənbehdən nəticə çıxarmayaraq aliment borcunu qərəzli olaraq ödəməyən 12 nəfər barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işi açılıb.