Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı


Digərləri 14 İyl 2020 10:52:00 156 0

Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

Bakıda itkin düşən qadın tapılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Salatın Qaryağdılı iyunun 10-da evdən çıxıb və bir daha geri qayıtmayib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qadın iyulun 10-da Türkiyəyə gedib.