Bakıda ağır qəza:


Digərləri 14 İyl 2020 10:57:00 169 0

Bakıda ağır qəza:

Bakıda yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini R.Abbasov idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəeməni itirib və yolun kənarında dayanan "KamAZ" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində R.Abbasov, həyat yoldaşı və 3 azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.