Tovuzdan yeni xəbərlər:


Siyasət 14 İyl 2020 10:41:00 203 0

Tovuzdan yeni xəbərlər:

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evini hədəf alıb. Atəşlər nəticəsində Dondar Quşçu kəndində yerləşən ev yararsız vəziyyətə düşüb.

Kənd sakinlərinə heç bir ziyan dəyməyib.