Ata hər kəsin gözü önündə


Digərləri 14 İyl 2020 10:05:00 236 0

Ata hər kəsin gözü önündə

Acun Ilıcalının aparıcısı və layihə rəhbəri olduğu "Survivor 2020"nin finalının ilk günü İstanbulda Qalataportda keçirilib. Canlı yayımla efirə çıxan "Survivor" finalına, sadəcə, keçmiş iştirakçılar ilə finala yüksələn 24 yaşlı Cemal Can, Yasin və Barışın ailə üzvləri qatılıblar. Aylar sonra ailələriylə görüşən iştirakçılar duyğusal anlar yaşayıblar.

"Survivor"un keçirildiyi Dominikandan 14 saatlıq bir uçuş sonrası İstanbula çatan finalçılar, ilk olaraq ailə üzvləri ilə görüşüblər.

"Könüllülər" komandasındakı mübarizəsi ilə yadda qalan Cemal Can aylardır görüşmədiyi ailəsiylə bir araya gəlib. Görüş əsnasında göz yaşlarına hakim olamayan Can duyğusal anlar yaşayıb. Cemal Canın atası isə oğlunun dizlərindəki yara izlərini kameralar önündə öpməkdən çəkinməyib.

Ata və oğlunun bu anları isə sosial şəbəkədə qısa zamanda gündəm oldu. Həmin anları əks etdirən görüntüləri paylaşan istifadəçilər "Belə atalar varmış?" şərhini yazıblar.

Bu da həmin kadrlar:

Məhəmməd Vaqif Son.az