Əsrin sonuna gözlənilən illik ortalama temperatur artımı


Digərləri 14 İyl 2020 08:55:00 194 0

Əsrin sonuna gözlənilən illik ortalama temperatur artımı

Ümumdünya meteoroloji təşkilatın mütəxəssisləri tərəfindən aparılmış tədqiqat onu göstərir ki, dünya Paris iqlim sazişinin məqsədlərini yerinə yetirə bilməyəcək səviyyəyə çatıb. Mütəxəssislərin fikirlərinə əsasən yaxın 5 il ərzində qlobal temperaturun 1.5 dərəcə yüksələcəyi ehtimalı getdikcə artır. Bu barədə Guardian saytı xəbər verib.

Ümumdünya meteoroloji təşkilatın mütəxəssislərinin hesablamalarına əsasən planetin illik ortalama temperaturu 2020-ci ildən 2024-cü ilə kimi minimum 1 dərəcə artacaq. Bundan əlavə olaraq 20%-lik ehtimal ilə hansısa ildə temperatur 1.5 dərəcə artacaq. Bu cür nəticələr 10 ölkədən olan meteoroloji stansiyaların proqnozları əsasında əldə olunublar. Tədqiqatda iqlim dəyişikliyi, insan təsiri, yağışlar və küləklər kimi faktorlar nəzərə alınıblar.

Atmosferdə karbon qazı səviyyəsinin aşağı salınması üçün ölkələr 2016-cı ildə Paris sazişi bağlamışdılar. Bu sazişin əsas məqsədi planetin qlobal ortalama temperatunun yüksəlişini 2 dərəcə selsidən aşağı saxlamaqdır. Ən ideal halda bu göstərici 1.5 dərəcə olmalıdır. İllik ortalama temperaturun bir dərəcə yüksəlməsinin Paris sazişi məqsədlərinin yerinə yetirilməsinin qeyri mümkünsüzlüyünü bildirməsə də, bu cür hal həmin ehtimala necə yaxın olduğumuzu göstərir.