Bakıda azyaşlını avtomobil vurub


Digərləri 14 İyl 2020 08:41:00 182 0

Bakıda azyaşlını avtomobil vurub

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Birinci mədən ərazisində qeydə alınıb.

2008-ci il təvəllüdlü Ağaverdi Allahverdiyev yolun kənarında dayanan zaman onu minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.