Dünya fərdi kompüterlər bazarında artım qeydə alınıb


Digərləri 14 İyl 2020 08:45:00 142 0

Dünya fərdi kompüterlər bazarında artım qeydə alınıb

"Canalys" şirkəti ilin ikinci rübündə dünya fərdi kompüterlər bazarı üzrə aparılan tədqiqatın nəticələrini açıqlayıb. Koronavirusun yayılması və özünütəcrid şəraitində sahədə əhəmiyyətli artım qeydə alınıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, açıqlanan məlumatlarda fərdi və portativ kompüterlərin, eləcə də işçi və mobil stansiyaların satışı nəzərə alınıb. Planşetlər isə nəzərə alınmayıb.

Qiymətləndirməyə görə, aprel-iyunda qlobal miqyasda 72,9 milyon fərdi kompüter satılıb. Bu, tədarük həcminin 66,9 milyon ədədə bərabər olduğu 2019-cu ilin ikinci rübü ilə müqayisədə 9 faiz çoxdur. Beləliklə, bazarda 2010-cu ilin üçüncü rübündən ən çox artım müşahidə edilib.

Bildirilir ki, sahədə artım əsasən noutbuklar sayəsində qeydə alınır: illik hesablamada noutbuk və mobil iş stansiyalarının tədarükü 24 faiz artıb, fərdi kompüter və masaüstü iş stansiyalarının satışı isə 26 faiz azalıb.