ABŞda qırıcı təyyarə qəzaya uğrayıb


Dünya 14 İyl 2020 08:47:00 155 0

ABŞda qırıcı təyyarə qəzaya uğrayıb

ABŞ-da ölkənin hərbi hava qüvvələrinə məxsus F-16 Viper hərbi qırıcı təyyarəsi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Nyu-Meksiko ştatındakı ABŞ-ın hava qüvvələrinin Hollomen bazasında baş verib.

Bildirilir ki, qırıcının pilotu təlim uçuşu edib və enmə zolağına yaxınlaşarkən idarəetməni itirib. O qəzadan dərhal qabaq katapulta edə bilib. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edilir ki, ABŞ-da may ayından indiyədək hərbi təyyarənin beşinci qəzasıdır.