Tramp Dudanı yenidən seçilməsi münasibətilə təbrik etdi


Dünya 14 İyl 2020 07:55:00 128 0

Tramp Dudanı yenidən seçilməsi münasibətilə təbrik etdi

ABŞ prezidenti Donald Tramp Polşa lideri Andjey Dudanı ikinci müddətə prezident seçilməsi münasibətilə təbrik etdi və onunla əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ prezidentinin "Twitter" səhifəsindəki təbrikində deyilir:

"Dostum, Polşa prezidenti Andrey Dudanı tarixi yenidən seçilməsi münasibətilə təbrik edirəm! Müdafiə, ticarət, enerji və telekommunikasiya təhlükəsizliyi də daxil olmaqla bir çox vacib məsələlər üzrə birgə işimizi davam etdirməkdən məmnun olacam!"