Noutbuklar isti havalarda necə istifadə edilməlidir?


Digərləri 14 İyl 2020 07:41:00 152 0

Noutbuklar isti havalarda necə istifadə edilməlidir?

Rusiyanın malların keyfiyyəti üzrə monitorinq təşkilatı isti havada noutbukdan düzgün istifadə qaydasını izah etdi. Qeyd edildiyi kimi, isti havalarda nəinki nasaz işləyən noutbuklar həddindən artıq qıza bilər, həmçinin saz vəziyyətdə olan notbuklar da qızmaq təhlükəsi altındadır.

+ 20°C temperaturda notbuk 40 dərəcəyə qədər qıza bilər, + 30°C-də isə 50-yə qədər qızma ehtimalı var. Eyni zamanda, mütəxəssislər cihazın həddindən artıq istidən yanmasına imkansız bilir, lakin nasaz batareyanın partlaya biləcəyini söyləyirlər. Notbukun gövdəsindən gələn daimi səs-küy, nəzərəçarpacaq dərəcədə yüksək istiliyi, donma və əmrlərə gec cavab vermək, notbukun istiliyə qarşı dözümsüz olmasına işarədir. Bu, həmçinin batareyanın gec cərəyan yığması və tez boşalması, eyni zamanda soyuducu pərin səs salması ilə də müşayiət oluna bilər. Həddindən artıq qızan notbuk öz-özünə sönə də bilər. İsti hava şəraitində notbukun cərəyan yığması üçün, onu cərəyan naqilinə qoşarkən notbuku yuxu rejiminə qoymaq məsləhət deyil, onu söndürmək tövsiyə olunur. Bundan əlavə, cihazı uzun müddət yataqda və ya qalın bir parçanın üzərində işlətmək məsləhət görülmür.