Koronavirus xəstələrini tanımağın daha bir yolu ARAŞDIRMA


Digərləri 13 İyl 2020 22:20:00 191 0

Koronavirus xəstələrini tanımağın daha bir yolu  ARAŞDIRMA

Massaçusets Texnologiya İnstitutunun alimləri müəyyənləşdirib ki, insanın koronavirusa yoluxmasını onun səsi ilə təyin etmək mümkündür.

Son.az xəbər verir ki, tədqiqatların nəticələri "IEEE Open Journal of Engineering in Medicine and Biology" jurnalında dərc edilib.

Alimlər məşhurların səslərini asimptomatik də daxil olmaqla, koronavirus aşkar edilməzdən əvvəl öyrəniblər. Nəticədə xəstəliyin səsə və nitqə təsir etdiyi məlum olub.

Məqalədə qeyd olunur ki, koronavirus səbəbindən səs siqnallarının sayı xeyli azalır. Bu, öz növbəsində, nəfəs alma ilə əlaqəlidir və səsin xüsusiyyətlərində özünü göstərir. Alimlərin fikrincə, bu, nəfəs aparatından bağlı olma ilə əlaqədardır. Şübhəsiz ki, bu da insanın necə danışacağına təsir edəcək.