GUAMdan erməni təxribatına


Siyasət 13 İyl 2020 20:51:00 146 0

GUAMdan erməni təxribatına

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı (GUAM) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünü qınayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə GUAM-ın Tvitter hesabında bildirilib.

"GUAM-ın baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqaməti boyu etdiyi hücumları pisləyir. Biz yenə də qeyd edirik ki, münaqişələr GUAM regionunun rifahı, stabilliyi və firavanlığına əngəldir", - məlumatda qeyd olunub.

Son.az