Yeni doğulan qızını görməyə gedən ata
Dünya 13 İyl 2020 17:19:00 180 0
Türkiyənin Adana şəhərində yeni doğulan körpəsini və həyat yoldaşını görməyə gedən 28 yaşlı Mustafa Kaya idarə etdiyi motosikletin sərnişin avtobusuna çırpılması nəticəsində faciəvi şəkildə can verib.
Son.az Sondakika.com-a istinadən xəbər verir ki, qəza anı avtobusun kamerası tərəfindən anbaan qeydə alınıb. Telefonda dünyaya gələn qız övladının olduğunu öyrənən Kaya onu görmədən dünyasını dəyişib. Ətrafdakı vətəndaşlar tərəfindən, o, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Bu da qəzanın görüntüləri:
Məhəmməd Vaqif Son.az
Mənbə: milli.az