İyulun 17si gündüzədək hava qeyrisabit keçəcək


Digərləri 13 İyl 2020 16:24:00 161 0

İyulun 17si gündüzədək hava qeyrisabit keçəcək

İyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.