Məşhur aktyorun həyat yoldaşı xəstəlikdən öldü


Dünya 13 İyl 2020 16:02:00 168 0

Məşhur aktyorun həyat yoldaşı xəstəlikdən öldü

Amerikalı aktrisa, Hollivud ulduzu Con Travoltanın həyat yoldaşı Kelly Preston 57 yaşında vəfat edib. Bu barədə aktyor İnstaqram səhifəsində məlumat verib.

Son.az ölkə.az-a istinadən bildirib: "Çox kədərlənərək bildirirəm ki, gözəl həyat yoldaşım Kellini iki il xərçənglə mübarizəsindən sonra itirdik. Həyatı üçün cəsarətlə vuruşdu, hər tərəfdən sevgi və dəstək aldı. Ailəm və mən həkimlər və tibb bacılarına və bizə kömək edən bütün tibb mərkəzlərinə sonsuz minnətdarlığımızı bildirəcəyik ",- 66 yaşlı Travolta qeyd edib.

Preston, "Nothing to Lose," "Jerry Maguire", "Əkizlər", "Qaçış" və "Ölüm hökmü" kimi filmlərdə rol alıb. Aktrisa, 1991-ci ildə Con  Travolta ilə ailə qurub. Cütlüyün bu  evlilikdən üç övladı var: 20 yaşlı qızı Ella və doqquz yaşlı Benjamin, başqa bir oğlu Jett isə 2009-cu ilin yanvar ayında 16 yaşında vəfat edib.