Avropa İttifaqı AzərbaycanErmənistan sərhədindəki gərginlikdən narahatdır


Siyasət 13 İyl 2020 14:30:00 135 0

Avropa İttifaqı AzərbaycanErmənistan sərhədindəki gərginlikdən narahatdır

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı narahatlığını bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.

"Ermənistan-Azərbaycan sərhədindəki atışmaya görə çox narahatam. Hər iki tərəf üçün təmkinli olmaq, birbaşa və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəsilə bütün rabitə kanallarından istifadə etmək vaccibdir".

Bundan başqa Avroparlamentin Bolqarıstandan olan üzvü İlhan Küçük insidenti narahatedici adlandırıb:

"Azərbaycan-Ermənistan sərhədindən çox narahatedici xəbərlər gəlir. Bütün tərəfləri zorakılıqdan çəkinməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyü prinsipinə hörmət etməyə çağırıram".