Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı


Dünya 13 İyl 2020 13:39:00 168 0

Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı

Ermənistan Nazirlər Kabineti koronavirusla bağlı ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini avqustun 12-dək uzadıb.

Son.az xəbər verir ki, bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir. Bundan əvvəl ölkədə fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılmışdı.

Bu günə qədər Ermənistanda koronavirusa 32 151 yoluxma olub, 573 nəfər virusdan ölüb.