Ucarda atasını qətlə yetirən oğul tutuldu


Digərləri 13 İyl 2020 13:28:00 168 0

Ucarda atasını qətlə yetirən oğul tutuldu

Ucar Rayon Prokurorluğu iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşaad kənd sakini Bayram Abbasovun öldürülməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Son.az-a verilən Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilb.

Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.