Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi


Digərləri 13 İyl 2020 12:06:00 165 0

Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi

Bakıda azyaşlını it dişləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2014-cü il təvəllüdlü K.Əliyev küçədə oynayarkən qəfil sahibsiz itin hücumuna məruz qalıb. Azyaşlı dərhal xəstəxanaya çatdırılaraq yardım olunub.