Pərəstişkarından müğənniyə 10 minlik hədiyyə


Digərləri 13 İyl 2020 11:33:00 155 0

Pərəstişkarından müğənniyə 10 minlik hədiyyə

İzmirin Çeşme bölgəsində səhnəyə çıxan müğənni Bülent Serttaşa bir pərəstişkarı səhnədə hədiyyə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, ifaçıya dəyəri 10 min dollar olan üzük bağışlayıb.

Gecədə köhnə və yeni albomundakı mahnıları səsləndirən Serttaş gecədə pərəstişkarları ilə söhbət edib, zarafatlaşıb. İki saat səhnədə qalan sənətçiyə fanatı sürpriz edib. O, müğənninin barmağına almaz qaşlı üzük taxıb.