Qazaxıstanda pandemiya dövründə də məktəblilər dərsliklərlə təmin ediləcəklər


Dünya 13 İyl 2020 10:43:00 176 0

Qazaxıstanda pandemiya dövründə də məktəblilər dərsliklərlə təmin ediləcəklər

Qazaxıstanda məktəblilər təhsil formatından asılı olmayaraq dərsliklərlə təmin ediləcəklər.

Dərsliklərin elektron formata köçürülməsi istiqamətində də işlər aparılır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Təhsil və Elm naziri Asxat Aymaqambetov bildirib.

Nazir bildirib ki, dərsliklər aprel-may aylarında sifariş edilib, şagirdlər dərsliklərlə təmin olunacaq. Hazırda qurumda yeni dərs ilinin başlanması üçün üç variant nəzərdən keçirilir. Qarşıdakı tədris ilində şagirdlər məktəbli forması almağa məcbur olmayacaqlar.