Azərbaycanda amansız qətl: Kişi əmisini öldürdü, əmisi arvadını ağır yaraladı


Digərləri 13 İyl 2020 10:27:00 166 0

Azərbaycanda amansız qətl: Kişi əmisini öldürdü, əmisi arvadını ağır yaraladı

Gədəbəydə dəhşətli qətl hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu ailə münaqişəsi zəminində əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb.

O.İsgəndərov hadisə yerində vəfat edib.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.