Koronavirusa yoluxan Azərbaycanın Xalq artistindən xəbər var


Şou-biznes 13 İyl 2020 10:03:33 156 0

Koronavirusa yoluxan Azərbaycanın Xalq artistindən xəbər var

Xəbər verdiyimiz kimi, Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, xanəndənin səhhəti haqda rəfiqəsi, Xalq artisti Aygün Bayramova məlumat verib. Muğam ifaçısı bildirib ki, N.Teymurova ilə tez-tez telefonla danışır və səhhəti yaxşıdır:

"Hamı sənətkarımız Nəzakət Teymurovaya görə narahatdır. Telefonum susmayıb. Səhhəti stabildir, şükür. Hamımız Allaha dua edək, tezliklə evə dönsün".

N.Teymurova isə səhhəti ilə bağlı "Hər şey yaxşı olacaq" qısa cavabını verib.