Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir


Digərləri 13 İyl 2020 09:35:22 158 0

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir.

Son.az APA-ya istinadən xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da  buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində "PCR" testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.

Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.