Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya yola düşüblər


Digərləri 13 İyl 2020 09:37:00 184 0

Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya yola düşüblər

COVİD-19 virusu ilə mübarizə aparmaq 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.

Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".

B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir.