Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var


Dünya 13 İyl 2020 08:59:00 170 0

Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Rusiyanın Nijni Novqorod vilayətində "An-2" təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə səhərə yaxın baş verib. Təyyarə Kistenevo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb və yanıb. Nəticədə bir nəfər həlak olub, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.