MN: Azərbaycana məxsus PUAnın vurulması barədə yayılan məlumatlar yalandır


Digərləri 13 İyl 2020 08:06:00 481 0

MN: Azərbaycana məxsus PUAnın vurulması barədə yayılan məlumatlar yalandır

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.