Su sevən qortenziya FOTO


Digərləri 13 İyl 2020 04:30:00 234 0

Su sevən qortenziya  FOTO

Qortenziya hidrangeya adı ilə də məşhurdur, tərcümədə "su ilə dolu çəllək" mənası verir. Bitkinin əsas xüsusiyyəti rütubəti sevməsidir. Ev şəraitində ona qulluğun əsasını da suvarma təşkil edir, yayda onu mütəmadi və bol, yazda və payızda isə orta səviyyədə suvarmaq lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dümağ, çəhrayı, al qırmızı və ya mavi çiçəkləri əsrarəngiz gözəlliyə malik qortenziya hər bir evin yaraşığı ola bilər. Onu həm həyətyanı sahədə, həm də otaq şəraitində yetişdirmək olar. Ev şəraitində becərmək üçün adətən qortenziyanın iri ləçəkli sortlarına üstünlük verilir. Yazdan payızın axırlarına qədər bitkinin çiçəkləmə dövrüdür və təbii şəraitdə qortenziya 1,5 metr hündürlüyə qədər boy atır, qışda isə sükunət mərhələsinə daxil olur. Düzgün qulluq ediləndə uzun müddət gur çiçəklərlə göz oxşayır.

Onu əkərkən turş mühitli torpaqdan istifadə edəndə qortenziya mavi çiçəklər açır, qələvi substrata əkəndə isə çiçəklərinin rəngi çəhrayı olur. Ağ və ya bej rəngində çiçək açan bitki yetişdirmək üçün onu neytral mühitli torpağa əkmək məsləhət görülür. Qeyri-adi rəngdəyişmə xüsusiyyəti bitkinin alüminium toplaması ilə izah olunur. Torpağa əlavələr qatmaqla da buna nail olmaq mümkündür. Məsələn, substrata əlavə rəng qatanda çiçəklər çəhrayı, alüminium-sulfat əlavə edəndə çiçəklər çəhrayı, mavi rəng olur. Yalnız mavi və çəhrayı çiçəklər rəngini dəyişə bilir, ağ çiçəklərlə onu əldə etmək mümkün olmur.