Qadın sürücü avtomobilini saatda 703 km sürətlə idarə etdiyi üçün cərimələndi FOTO


Dünya 13 İyl 2020 01:30:00 169 0

Qadın sürücü avtomobilini saatda 703 km sürətlə idarə etdiyi üçün cərimələndi  FOTO

İtaliyanın Ankona vilayətində kamera "Ford Focus"un saatda 703 kilometr sürətlə hərəkət etdiyini qeydə alıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Autoappassionati" nəşri xəbər yayıb.

Yerli polis kamerada nasazlıq ola biləcəyi ehtimalını nəzərə almadan qadına sürət həddini 10 dəfə aşdığı üçün 850 avro (1 635 AZN) cərimə yazıb.

Yerli avtomobil yolları komitəsinin rəhbəri qadın sürücüyə cəriməni ödəməməyi, əksinə, təzminat üçün məhkəməyə müraciət etməyi məsləhət görüb.(oxu.az)