Heyət üzvləri koronavirusa yoluxan Azərbaycan gəmisi haqqında xəbər var


Digərləri 12 İyl 2020 23:31:00 350 0

Heyət üzvləri koronavirusa yoluxan Azərbaycan gəmisi haqqında xəbər var

"Qurban Abbasov" kran-montaj gəmisində yoluxan heyət "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə aid deyil.

Bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

"Gəmi ASCO-ya aid olsa da, alyans müqaviləsi çərçivəsində uzunmüddətli "Caspian Marine Services" (CMS) şirkətinə icarəyə verilib. Heyət də həmin şirkətə aiddir. Bir daha bu xəstəliklə mübarizə aparan insanlara yastıqları yüngül olsun deyirik"- deyə, M.Mehdiyev bildirib.

Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Qurban Abbasov" kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.