Bakıda iki azyaşlı qızı avtomobil vurub


Digərləri 12 İyl 2020 23:28:00 205 0

Bakıda iki azyaşlı qızı avtomobil vurub

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan doqquz yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və səkkiz yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.