Dünyada koronavirusa yoluxanların sayı 230 mindən çox artıb


Digərləri 12 İyl 2020 23:00:00 162 0

Dünyada koronavirusa yoluxanların sayı 230 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 230 mindən çox artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 12-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 230 370 nəfər yeni koronavirusa yoluxub, 5 285 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 12 552 765, ölənlərin isə 561 617 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 540 222 yoluxma və 283 357 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 907 654, ölənlərin sayı isə 203 285 nəfərə çatıb.