Övladlarınıza bu surəni öyrədin


Digərləri 12 İyl 2020 23:15:00 201 0

Övladlarınıza bu surəni öyrədin

Quranın övlada öyrədilməsi - dinimizin tövsiyələrindəndir. Hər bir valideyn məsuliyyət daşıyır ki, övladı Quranla tanış olsun və onu öyrənsin.

İmam Sadiq (ə) buyurur: "Hər kim övladına Quran öyrədər - o, Qiyamət günü atasını və anasını çağırar və onlara iki behişt libası geyindirərlər. Onun nurundan behişt əhlinin üzü aydınlanar".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim övladına Quran öyrədər, Qiyamət günü Allah onun boynuna iftixar halqası taxar ki, əvvəl və axır insanların heyrətinə səbəb olar".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Elə insan yoxdur ki, övladına Quran öyrətsin, məgər o halda ki, Allah Qiyamət günü uşağın ata və anasına padşahlıq tacı əta edər və onlara iki behişt libası geyindirər ki, onun kimisini insanlar heç bir zaman görməyiblər".

Ancaq Quran surələri arasında Məsumlarımız (ə) bir surəyə xüsusi əhəmiyyət verirlər və buyururlar ki, övladlarınıza həmin surəni mütləq öyrədin. Belə ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Övladlarınıza "Yasin" surəsini öyrədin. Çünki o, Quranın ətirli gülüdür".

"Yasin" surəsi Quranın qəlbidir və hər kim onu öyrənər, Quranın qəlbini öyrənmiş olar.