Qazaxda "Opel" "Şakman"la toqquşdu


Digərləri 12 İyl 2020 21:39:00 126 0

Qazaxda "Opel" "Şakman"la toqquşdu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunun Yuxarı Salahlı kəndində "Opel" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobili toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.