Nokia 5G texnologiyalı ilk smartfonunun təqdimatına hazırlaşır


Digərləri 12 İyl 2020 20:50:00 176 0

Nokia 5G texnologiyalı ilk smartfonunun təqdimatına hazırlaşır

Bir zamanların texnologiya möcüzəsi Nokia hazırda digər şirkətlərlə rəqabətdə geri qalsa da, əvvəlki şöhrətini qaytarmağa çalışır. Mart ayında Nokia 8,3 5G modelinin elan edilməsinə, İngiltərədə ön sifariş verilməsinə baxmayaraq, təqdimat tarixi qeyri-müəyyəndir. 

Son.az ted.az-a istinadən bildirir ki, İsveçrənin pərakəndə satış firmalarından alınan məlumata görə, sözügedən smartfon bu ilin sentyabrında satışa çıxarılacaq.

Clove UK Polar Night (Qütb qarası) rəngində bazara çıxarılacaq telefonun qiymətinin 499 funt sterlinq olduğu bildirilir. 6 GB operativ, 64 GB daxili yaddaşa malik telefonun 8/256 GB-lıq variantının satışa çıxıb-çıxmayacağı dəqiqləşməyib.

220 qram ağırlığa sahib olacağı təxmin edilən telefonun ekranı IPS LCD olacaq. 64 Mp əsas kamera, 12Mp ultrageniş rakurs, 2 Mp makro, 2Mp dərinlik sensoru, 24 Mp Zeiss markalı ön kamera ilə təchiz ediləcək cihazın batareyası 4500 mAs gücündə olacaq.

Telefon Qualcomm Snapdragon 765 prosessorundan güc alacaq.

Sadalanan xüsusiyyətlər kifayət qədər yüksək olsa da, qiymətilə müqayisədə sönük qalır.

Telefonun Azərbaycana nə vaxt gətiriləcəyi barədə məlumat yoxdur.