Appledan daha bir qeyriadi patent: Beş ekranlı MacBook Pro


Digərləri 12 İyl 2020 19:50:00 160 0

Appledan daha bir qeyriadi patent: Beş ekranlı MacBook Pro

Dünyanın ən böyük texnologiya şirkətlərindən olan Apple çox maraqlı, hətta təəccübləndirən patentlərinə daha birini əlavə edib.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət beş monitorlu MacBook Pro-nun patentini alıb.

Patent eskizlərindən göründüyü kimi, klaviaturun kənarlarında dörd kiçik monitor yerləşdiriləcək. Bu monitorlar bütövlükdə "Dinamik monitor interfeysi" adı veriləcək.

Qeyd edək ki, yeni MacBook Pro-lar haqqında detallar açıqlanmayıb. Dəqiq olan bir məsələ var: qiymətləri əl yandıracaq. Çünki hər monitor Apple üçün əlavə xərcdir, şirkət üçün əlavə xərc isə istifadəçi üçün daha bahalı məhsul deməkdir.