Müdafiə Nazirliyi: Heç bir ərazi itkisinə yol verilməyib


Siyasət 12 İyl 2020 18:59:00 168 0

Müdafiə Nazirliyi: Heç bir ərazi itkisinə yol verilməyib

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatla bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

Son.az xəbər verir ki, polkovnik deyib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.