Türkiyə Liviyada atəşkəs üçün şərti açıqladı


Dünya 12 İyl 2020 19:22:00 159 0

Türkiyə Liviyada atəşkəs üçün şərti açıqladı

Türkiyə Liviyada atəşkəs üçün şərti açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, Xəlifə Haftarın rəhbərlik etdiyi silahlı birləşmələr böyük aviabazaların yerləşdiyi strateji Sirt və Cufra şəhərlərindən çəkilməlidir.

M. Çavuşoğlu deyib ki, Fayez Sərracın başçılıq etdiyi Liviya hökuməti yalnız bu halda atəşkəsə razıdır. Türkiyə Xarici İşlər naziri qeyd edib ki, iyun ayında Rusiya Liviyada atəşkəslə bağlı danışıqlara başlanılması üçün konkret tarix təklif edib: "Ancaq rəsmi Tripoli atəşkəslə bağlı danışıqlara başlanılması üçün Sirt və Cufranın azad edilməsini şərt kimi irəli sürüb. Atəşkəs yalnız tərəflərin 2015-ci ildə yerləşdiyi mövqelərə qayıtmasından sonra mümkün ola bilər".

Türkiyə Xarici İşlər naziri onu da bildirib ki, Liviyada vəziyyətin daha da gərginləşməsi bu ölkədə münaqişə tərəflərini dəstəkləyən xarici qüvvələr arasında birbaşa toqquşmalara gətirib çıxara bilər.