Cəhənnəm atəşini söndürən zikr


Digərləri 12 İyl 2020 19:20:00 154 0

Cəhənnəm atəşini söndürən zikr

Quranda ən çox rast gəldiyimiz zikr ki, 114 dəfə təkrar edilmişdir - "Bismilləhir-Rahmənir-Rahim" zikridir.

Həzrət Peyğəmbər (s) buyurur: ""Bismilləhir-Rahmənir-Rahim" - Allahın əzəmətli adına gözün ağının qarasına yaxın olduğu qədər yaxındır". Allahın əzəmətli adı isə qürb məqamı deməkdir.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "O zaman ki, bəndə bu zikrə adət edər, Siratdan keçmək istəyəndə adəti üzrə bu zikri dilinə gətirər. Elə ki, bu zikri deyər - nur əmələ gələr və ona deyilər: "Atəşdən keç!". Bu ayənin bərəkətinə görə cəhənnəm atəşi sönər və o, rahatlıqla keçər".

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, müəllim uşağa "Bismilləhir-Rahmənir-Rahim" zikrini öyrədər, uşaq bu zikri öyrənən kimi deyər: "Bismilləhir-Rahmənir-Rahim", bu, həmin uşaq üçün, ata və anası üçün, müəllimi üçün atəşdən bəraət olar". (Beytutə)

Hədislərimiz buyurur ki, hər kim övladına bu zikri öyrədərsə, behiştlik olar.